top of page

"Formula 1": Bakı Marşal Klubu məktəblilər üçün təlim keçib


Bakıda keçiriləcək növbəti "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, BŞH-nın nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun təlimlərində SABİS, Landau, 132 və 134 saylı məktəblərin şagirdləri iştirak ediblər.

Ümumilikdə 75 məktəbli "Formula 1" avtoidmanı və marşallıq fəaliyyəti ilə bağlı keçirilən təlimdə nəzəri-praktiki biliklərə yiyələnib.

Təlim zamanı "Formula 1" maşınlarının texniki xüsusiyyətləri, marşalların bu idman növündə rolu və onların fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb. Sonda isə məktəblilərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdən sonra şagirdlər Azərbaycan Avtomobil Federasiyası sürücülərinin Volkicar maşınları ilə göstərdiyi şounu izləyiblər.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə olacaq.

Comments


bottom of page