Avstriya millisinin futbolçusu Gernot Trauner 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri ilk tur oyununda iştirak edə bilər.
Niderland "Feyenoord"unda çıxış edən 30 yaşlı müdafiəçi zədəsini sağaldıb. Ötən ay dizindən əməliyyat olunan arxa xətt oyunçusunun 2 ay oynamayacağı bildirilsə də, o, sıraya vaxtından əvvəl qayıdıb.
Təcrübəli futbolçu hətta "Feyenoord"un səfərdə "Fortuna Sittard"a 4:2 hesabı ilə qalib gəldiyi Erediviziya matçının 78-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.
Comments