“Estoniya parlamentinin (Riygikoqu) Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”.
Bu barədə Estoniya parlamentinin saytında yerləşdirilən məlumatda deyilir.
"Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 600-dən çox günahsız dinc sakinin, o cümlədən çoxlu uşaq, qadın və qocanın qətlə yetirildiyi qətliamı qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamın törədilməsinə görə günahkar olan şəxslər məsuliyyətə cəlb edilməlidir", - Parlamentlərarası Dostluq Qrupu üzvlərinin birgə bəyanatında deyilir.
"Hesab edirik ki, regionun bütün ölkələri suverenlik və ərazi bütövlüyü, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququna malikdir. Biz Azərbaycan Respublikasının regionun bərpası istiqamətində səylərini tanıyır, davamlı sülhə və inteqrasiyaya nail olmaq üçün müxtəlif icmaları sıx əməkdaşlıq etməyə çağırırıq”, - bəyanatda bildirilir.
ความคิดเห็น