top of page

Emil Mpenza: "Azərbaycan yığmasının Belçika önündə şansı yoxdur"


"Azərbaycan yığmasının Belçika önündə heç bir şansı yoxdur".

Bunu müsahibəsində Belçika millisinin sabiq futbolçusu Emil Mpenza AVRO-2024-ün seçmə qrup mərhələsi barədə danışarkən deyib.

2010-2011-ci illərdə “Neftçi”nin formasını geyinmiş keçmiş hücumçu həmyerlilərini F qrupunun favoriti qismində görüb: “Azərbaycan millisinin oyununa baxmadığım üçün hansı səviyyədə olduğunu deyə bilmərəm. Amma fikrimcə, Belçika heç də pis qupa düşməyib. Burada İsveç və Avstriya yığmamızla mübarizə apara bilər”.

Mpenza Belçika ilə Azərbaycan yığmaları arasında böyük fərq olduğunu vurğulayıb: “Belçika ilə Azərbaycan futbolunu milli səviyyədə müqayisə etmək doğru olmaz. Düzdür, komandanız seçmə mərhələlərdə hərdən sürpriz edə bilir. Lakin bunun millimizə qarşı baş verməsini real saymıram”.

Azərbaycan millisi Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

Comments


bottom of page