top of page

Dövlət icbari şəxsi sığorta ödənişinin verilmə qaydası təsdiqlənib


Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda Azərbaycanın “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə əsasən hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyən edir.

Comments


bottom of page