Rusiya Dövlət Duması rəsmi Moskvanın Strateji Hücum Silahlarının İxtisarı üzrə Müqavilədə iştirakını dayandırması haqqında qanunu yekdilliklə qəbul edib.
Məlumatı Rusiya KİV-i yayıb.
Layihəni fevralın 21-də ölkə Prezidenti Vladimir Putin Dumaya təqdim etmişdi.
O, ötən gün Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştiraklarını dayandırdığını açıqlamışdı.
Qeyd edək ki, Strateji Hücum Silahlarının İxtisarı üzrə brinci müqavilə 1991-ci ilin iyulunda ABŞ Prezidenti Corc Buşla keçmiş SSRİ-nin rəhbər Mixail Qorbaçov arasında imzalanıb.
SSRİ dağıldıqdan sonra müqavilə yenilənib. 1993-cü ilin yanvarında Corc Buşla Rusiya Prezidenti Boris Yeltsin ikinci, 2010-cu ilin aprelində ABŞ Prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Dmitri Medvedev arasında üçüncü saziş imzalanıb. Sonuncu sənəd 2011-ci il fevralın 5-də qüvvəyə minib.
Comments