Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsində ilk oyununa çıxıb.
Muğan TV bildirir ki, DÇ-2022-nin seçmə mərhələsinin I turu çərçivəsində "A" qrupunda yer alan Azərbaycan yığması Portuqaliya komandası ilə qarşılaşıb.
İtaliyanın Turin şəhərində keçirilən oyun Portuqaliyanın 1:0 qələbəsi ilə başa çatıb.
Rəqib komanda Maksim Medvedevin 37-ci dəqiqədəki avtoqolu sayəsində aktivinə 3 xal yazdırıb.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu martın 30-da Bakıda Serbiyaya qarşı keçirəcək. Buna qədər isə ayın 27-də komandamız Macarıstanda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.
A qrupunun digər qarşılaşmasında Serbiya İrlandiyanı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.
Comentários