
Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Təbii fəlakət nəticəsində ən çox zərər görən şəhərlərdən olan Hatayda 7 mərtəbəli binanın dağıntıları üzərinə qoyulan qısa məktub görənləri kövrəldib.
Tapılan vərəqdə bu sözlər yazılıb:
"Burada qızım var. Xahiş edirəm... 13.02.2023".
Məktubun zəlzələdən xilas olunan şəxs tərəfindən yazıldığı ehtimal edilir.
Comments