Avstriya yığmasının futbolçusu David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunu buraxacaq.
Bu barədə AS nəşri məlumat yayıb.
Bildirilib ki, bir aydır zədə ucbatından yaşıl meydanlardan uzaq qalan kapitan yığmanın heyətində məşqlərini bərpa etsə də, seçmə mərhələdəki ilk görüşdə iştirak etməyəcək. Baş məşqçi Ralf Ranqnik onu Estoniya seçməsi ilə qarşılaşmaya hazırlayır. Almaniyalı mütəxəssis komandanın liderini riskə atmamaq üçün bu qərarı verib.
Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Avstriyalılar bundan üç gün sonra eyni stadionda Estoniya yığmasını qəbul edəcəklər.
Comments