Bəhreynin ordu komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İrana xəbərdarlıq edərək region ölkələrinə qarşı düşmənçiliyə son qoymasını tələb edib.
Məlumatı “Fars” agentliyi yayıb.
O, İran hakimiyyətini bölgədə terror törətməkdə və sabiltiyi pozmaqda ittiham edib. Komandan körfəz ölkələrinə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olduğu üçün Tehran rejiminə etibar etmədiklərini vurğulayıb.
O, İran hakimiyyətini davam edən düşmənçilik siyasətinə son qoymağa çağırıb: “Körfəz İqtisadi Əməkdaşlıq Şurası ölkələri İrana müxtəlif yollarla cavab verə bilər və biz bütün variantlara hazırıq”.
Komandan Yəməndəki “Ənsarullah” silahlı qruplaşmasını terror fəaliyyətində ittiham edərək bildirib ki, onlar İran hakimiyyətinin planını reallaşdırırlar.
“Fars” Bəhreynin İsrailin rəsmi şəxslərinin toplandığı yer olduğunu vurğulayaraq onları bu sionistlərlə əməkdaşlıqda ittiham edib.
Comments