top of page

"Büdcə vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi üçün tapşırıq verilib"


2021-ci il və qarşıdakı illərdə büdcə vəsaitlərindən səmərəli və qənaətli istifadə olunmasına nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıq verilib.


Muğan TV Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.


Baş nazir bildirib ki, dövlət müəssisələrində şəffaflığa diqqət ediləcək və şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınacaq.


O qeyd edib ki, dövlət layihələrinin səmərəliliyi artırılmalıdır: "Nazirlər Kabineti dövlət başçısının bütün tapşırıqlarını vaxtında və keyfiyyətlə icra edəcək".


Comentarios


bottom of page