top of page

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib


Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibləri hələlik bəlli deyil. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Comments


bottom of page