Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 14 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Mugantv xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 2 minik, 12 yük avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 20-yə çatıb.
Comments