Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilir ki, gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli suyun verilməsində yaranacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Comments