Martın 31-də Rusiya Federasiyasının Belarus ərazisində nüvə silahı yerləşdirmə planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Bu barədə “TASS” təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, görüş cümə gününə təyin edilib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə bildirib ki, bu ölkə Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarına dair Təhlükəsizlik Şurasının iclasını keçirməyə hazırdır.
Comments