top of page

BMT QAK-nın Azərbaycandakı baş nümayəndəsi: “Ağdamda və Füzulidə gördüklərim mənim üçün şok oldu”


“Dünyanın bir çox yerində olmuşam. Amma Zəngilan, Ağdam, Füzuli, Cəbrayılda gördüklərim mənim üçün belə şok oldu”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin gənclər üçün təşkil etdiyi onlayn görüşdə çıxışı zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido d'Ambrosio deyib.

Onun sözlərinə görə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin azad edilmiş ərazilərə bir neçə səfərində iştirak edib və orada gördüyü dağıntılardan şoka düşüb.

BMT QAK-nın Azərbaycandakı baş nümayəndəsi əlavə edib ki, təşkilat məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması üzrə Azərbaycan hökuməti ilə intensiv işləyir.

Quido d'Ambrosio iclas iştirakçılarına təqdimat nümayiş etdirib və gəncləri BMT QAK-ın dünyada, o cümlədən Azərbaycandakı fəaliyyəti ilə ətraflı tanış edib, sonda da tələbələrin suallarını cavablandırıb.


Comments


bottom of page