Beynəlxalq arenada 100 və daha çox qol vuran futbolçuların adları açıqlanıb.
Mugantv Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq İngiltərə millisinin və “Tottenhem” klubunun hücumçusu Harri Keyn siyahıya düşüb.
O, millidə 55, klubda isə avrokuboklarda 45 qolla yadda qalıb.
Ümumilikdə 27 oyunçunun yer aldığı siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz futbolçu UEFA və FIFA-nın bayrağı altında keçirilən yarışlarda ümumilikdə 274 dəfə fərqlənib. Onu 236 qolla argentinalı Lionel Messi izləyir.
Comments