Almaniyanın "Bavariya" klubu tarixində ilk dəfə doğma meydanda "Frayburq"a uduzub. Mugantv xəbər verir ki, bu, ölkə kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib. 1:2 hesablı məğlubiyyət Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin yeni komandasında ikinci matçı olub. "Bavariya" bu rəqibə qarşı evdə keçirdiyi əvvəlki 23 görüşdə 20 qələbə və 3 üç heç-heçə əldə etmişdi.
top of page
bottom of page
Comments