"Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar sabitdir".
xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təxminən, 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən ənənəvi tədrisə qayıdır.
"Hazırda vəziyyət nəzarət altındadır və mövcud durum lokal olaraq tənzimlənir", - BŞTİ rəsmisi bildirib.
Comments