"Azərişıq Qarabağda" layihəsi çərçivəsində Ağdam rayonunun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.
"Azərişıq" ASC-dən Muğan TV-yə verilən məlumata görə, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enerji təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı.
İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal-materal göndərilib.
1200-dək abonentin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.
Comments