top of page

Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub


Ağcabədidə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Muğan TV-yə

verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Kəhrizli kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.


Aşkar olunmuş faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.


Röya Ağayeva

Comments


bottom of page