top of page

Azərbaycanın qadın güləşçiləri Polşada təlim-məşq toplanışındadırlar


Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Polşada təlim-məşq toplanışındadır.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında 7 güləşçi Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşır.

Bunlar Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Sultanova (62 kq) və Elis Manolovadır (65 kq).

Azərbaycan millisi yerli Polşa, həmçinin, Bolqarıstan və Fransa yığmaları ilə birgə hazırlaşır.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-23-ü aralığında keçiriləcək.

Comments


bottom of page