Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət şəraiti ilə təmin olunmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evi Türkiyəyə yola salınıb.
Qardaş ölkədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Xaçmaz rayonunda həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər birində 12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.
Zəlzələdən zərərçəkənlərə yardım aksiyasında Xaçmaz sakinləri, sahibkarlar və könüllülərdə də fəal iştirak edir.
Qardaş ölkəyə toplanan əşyalar arasında qış paltarları, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar ərzaq, su, və digər qida məhsulları çoxluq təşkil edib.
Vətəndaşlar tərəfindən gətirilən yardımlar könüllülər tərəfindən qablaşdırılaraq avtomobillərə yüklənib və qardaş ölkəyə göndərilib.
Qeyd edək ki, Xaçmaz rayonundan bu günədək qardaş ölkəyə 10-a yaxın yardım avtomobili yola salınıb.
Comments