Nazirlər Kabineti “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 13 sentyabr 2006-cı il və “Baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 30 yanvar 2007-ci il tarixli qərarlarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, heyvan xəstəliklərinin qarşısının alınması üzrə həyata keçirilən tədbirlər ölkə prezidentinin 23 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminə (EKTİS) daxil ediləcək.
Comments