Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in erməni əsilli saxlanılan şəxs Maral Nazaryanla bağlı sualını cavablandırıb.
XİN-dən Muğan tv-yə verilən məlumata görə, L.Abdullayeva bildirib:
"Livanın Burc Hammud ərazisində anadan olan Maral Nacaryan (Maralle Najarian) həm Ermənistan, həm də Livan vətəndaşlığına malikdir. Keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılmışdır.
O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr vermişdir.
Comentarios