top of page

Azərbaycan və Ukrayna innovasiyalar sahəsində əməkdaşlığın inkişafını müzakirə edib


Azərbaycan və Ukrayna elektron hökumət və innovasiyalar sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Bu, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının deputatları, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko, dostluq qrupunun üzvləri Anton Şvaçko və Nikolay Qaluşko ilə keçirilən görüşdə müzakirə edilib.

Görüşdə Azərbaycanla Ukrayna arasında nəqliyyat infrastrukturu, Orta Dəhlizlə yük daşımaları, elektron hökumət və innovasiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

R. Hümmətov ukraynalı deputatlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, o cümlədən Zəngəzur dəhlizi üzrə görülən işlər barədə məlumat verib.

Görüşdə Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev də iştirak edib.

Коментарі


bottom of page