Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Orta dəhliz layihəsini müzakirə edib.
Bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün "Twitter" hesabında yazıb.
Görüşdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov da iştirak edib.
"Orta dəhliz layihəsinin təşəbbüsündə Azərbaycanın xüsusi rolu var. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə region, eləcə də Avropa üçün bu və digər vacib məsələləri müzakirə etdik", - deyə səfir əlavə edib.
コメント