Futbol üzrə Azərbaycan millisi tarixində 5-ci dəfə Avstriya yığması ilə qarşılaşacaq.
Bu, AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununa təsadüf edəcək.
Martın 24-də Linzdəki “Raiffeisen Arena”da yerli komanda ilə üz-üzə gələcək milli indiyədək keçirdiyi 4 görüşün heç birində rəqibinə qalib gələ bilməyib. Komandalar DÇ-2006 və AVRO-2012-nin seçmə mərhələlərində eyni qrupda mübarizə aparıblar.
Bunun 3-də məğlub olan Azərbaycan seçməsi üçün yeganə təsəlli 2005-ci ildəki matç olub. Vaqif Sadıqovun baş məşqçisi olduğu yığma Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya ilə qolsuz bərabərə qalıb.
Adıçəkilən yığmalar sonuncu dəfə 12 il əvvəl – 2011-ci ildə qarşılaşıblar. “Dalğa Arena”dakı ilk rəsmi görüş olan həmin dueldə Azərbaycan millisi ilk dəfə rəqibinin qapısına qol vursa da, böyük hesabla məğlub olub.
Ümumiyyətlə, dörd matçda milli cəmi 1 dəfə fərqlənə bilibsə, 9 dəfə mərkəzə dəvət edilib.
Comments