Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub. Yığma sonuncu belə yenilgisini AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən səfər matçında alıb. Dünən Stokholmda baş tutan görüşdə Azərbaycan seçməsi yeddinci dəfə meydanı 5 top fərqli məğlubiyyətlə tərk edib. Milli dörd dəfə 0:6, bir dəfə 0:7, bir dəfə 0:8, bir dəfə isə 0:10 hesabına üzülüb. Ümumiyyətlə, Azərbaycan millisi tarixində 288 oyun keçirib. Bu müddətdə 56 qələbəsi olan komanda 76 dəfə heç-heçə edib və 156 qarşılaşmada uduzub. 288 matçda 218 qol vuran futbolçular 479 top buraxıblar.
top of page
bottom of page
Kommentare