Azərbaycanla İsveç arasında çoxtərəfli və ikitərəfli əlaqələr müzakirə olunub.
Muğan TV, Oxu.Az-a Istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde ilə görüşünün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib. Istinadən
O qeyd edib ki, Azərbaycanla İsveç arasında siyasi dialoqun davam etdirilməsi vacibdir.
Nazirin sözlərinə görə, Azərbaycanın İsveçdəki diplomatik nümayəndəliyinə yeni səfirin təyinatı da nəzərdə tutulub. C.Bayramov iki ölkə arasında qarşılıqlı ticarət mövzularının maraq doğurduğunu da diqqətə çatdırıb.
Comments