Ötən il Gürcüstanın 29 min nəfərə qədər vətəndaşı Aİ və Şengen zonasına üzv ölkələrdən sığınacaq üçün müraciət edib ki, bu da 2008-ci ildən indiyədək ən yüksək göstəricidir.
Bu göstəricilər Avropa İttifaqı Sığınacaq Agentliyinin (EUAA) hesabatında yer alıb.
Təşkilatın məlumatına görə, 2008-ci ildən ən çox müraciət edənlər arasında Gürcüstan vətəndaşları ilə yanaşı, türklər, venesuelalılar, kolumbiyalılar və banqladeşlilər də var.
Qeyd edək ki, 2021-ci ildə Gürcüstanın 14 970 vətəndaşı Aİ və Şengen zonasına üzv dövlətlərdən sığınacaq üçün müraciət edib.
Comments