“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub.
Bu barədə ASCO-dan məlumat verilib.
Gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasınadək çəkilməsi həyata keçiriləcək. Ümumilikdə xəttin uzunluğu 5 kilometrdir.
Borudüzən gəmini təyinat nöqtəsinə Xəzər Dəniz Neft Donanmasının “Lyutoqa” və “Om” yedək gəmiləri çatdırıblar.
Commentaires