Argentina yığmasının dünya çempionu olduqdan sonra keçirəcəyi ilk oyuna 1,3 milyon nəfər bilet almağa çalışıb.
Cənubi Amerika komandasının martın 23-də Panama ilə yoldaşlıq görüşünə ölkədə maraq böyük olub.
Qarşılaşma üçün satışa çıxarılan biletlərin hamısı iki saat ərzində alınıb. Oyun Buenos Ayresdəki 80 000 azarkeş tutumuna malik stadionda keçiriləcək. Argentinalılar ayın 28-də eyni arenada Kurasao ilə yoldaşlıq görüşü keçirəcəklər.
Qeyd edək ki, Argentina yığması 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Comments