top of page

Adanada 4,4 bal gücündə zəlzələ olub


Türkiyənin Adana vilayətinin Saimbəyli rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Bu barədə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 04:56-da qeydə alınan yeraltı təkanlar təxminən 7 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, Türkiyədə zəlzələ baş verən bölgələrdən biri olan Adanada axtarış-xilasetmə işləri başa çatıb. Bölgədə dağıntılar altından 34 vətəndaş çıxarılıb, 418 nəfər isə həlak olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan edilib.

Comments


bottom of page