ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə işçi qrupu Tehran rejiminin daimi pozuculuq siyasətini mühakimə edən bəyanat yayıb.
Mugantv xəbər verir ki, bu barədə “İran İnternational” bildirib.
Məlumata görə, bəyanatda İran hakimiyyətinə təxribatçı nüvə proqramını dayandırmaq və atom-nüvə planı ilə bağlı diplomatik danışıqlara başlamaq çağırışı edilib. Sənəddə Tehran rejimindən terrorçuluq fəaliyyətini və onu himayə etməyi dayandırmaq istənilib.
Region ölkələri Ukraynadakı savaşda İranın iştirakından, Rusiyaya qaçaqmalçılıq yolu ilə PUA-lar verməsindən narahat olduqlarını vurğulayıblar.
İran rəsmiləri bu bəyanatı qərəzli və qeyri-obyektiv adlandırıb.
댓글