top of page

ABŞ müdafiə naziri: "Ukraynaya yazda əks-hücuma keçməsi üçün yardım ediləcək"


Yazda əks-hücuma keçməsi üçün ABŞ və müttəfiqləri Ukraynaya yardım edəcəklərini bildiriblər.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rayştaynda keçirilən iclasda vurğulayıb.

Onun sözlərinə görə, 8 ölkə - Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Niderland Ukraynaya “Leopard” tankları göndərəcək:

“ABŞ, Polşa və Çexiya tank tədarük edib”.

Pentaqonun başçısı qeyd edib ki, ABŞ, Almaniya, Niderlan artıq Ukraynaya “Patriot” Hava Hücumundan Müdafiə sistemi, Fransa və İtaliya isə SAMP/T göndərir. Nazirin sözlərinə görə, bir neçə ölkə ilə döyüş sursatı tədarükü üzrə işlə görülür.

Kommentarer


bottom of page