Amerika Birləşmiş Ştatları qadınların hüquqlarını pozduqları üçün İranın həbsxana sistemində çalışan bir neçə məmur, şirkət və regional liderləriə qarşı sanksiya tətbiq edib.
Sanksiyalar, digər məsələlərlə yanaşı, İran Baş Prokurorluğunun rəis müavini, iki hərbçi, iki regional həbsxana rəisi və İranda etirazların yatırılmasında iştirak edən üç şirkətə şamil edilib.
“Birləşmiş Ştatlar tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə qadınlara ikinci dərəcəli vətəndaş kimi yanaşan və hər vasitə ilə onların səsini boğmağa çalışan qəddar rejim qarşısında əsas azadlıqları müdafiə edən İran qadınlarının yanındadır”- deyə, maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson bildirib.
ABŞ Maliyyə Nazirliyinin verdiyi məlumata görə, qadın məhbuslar İran həbsxanalarında cinsi istismar, işgəncə və digər qəddar və qeyri-insani rəftarlara məruz qalırlar.
コメント