ABŞ-ın Ohayo ştatının Bedford şəhərində yerləşən polad zavodunda partlayış baş verib.
Qeyd olunub ki, hadisədən sonra 13 nəfər xəstəxanaya aparılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə “Schumann & Co”nun polad zavodunda qeydə alınıb. Şirkət mis ərintiləri istehsal edir.
Hazırda yanğın nəzarət altına alınıb.
Comments